Bank Of Baku

İran Azərbaycana öz bədii və cizgi filmlərini almağı təklif edib

İran Azərbaycana öz bədii və cizgi filmlərini almağı təklif edib
# 03 fevral 2007 13:13 (UTC +04:00)
“İndi Azərbaycanda bədii filmlər və seriallarla bağlı vəziyyət istənilən səviyyədə deyil. Bu sahədə çalışmaq lazımdır. İranın bu sahədə imkanları böyükdür. İran filmləri Azərbaycana gətirilə və dublyaj olunduqdan sonra yerli kanallarda göstərilə bilər”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İranın Azərbaycanda səfərdə olan Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami deyib. Hazırda Azərbaycanda daha çox Avropa istehsalı olan filmlərin nümayiş etdirildiyini deyən İ. Zərqami onların Azərbaycanın adət-ənənələrinə uyğun olmadığı qənaətindədir: “Özümlə bir neçə film gətirmişəm. Onları təmənnasız telekanalların rəhbərlərinə verdim. Kanallar gələcəkdə həmin filmləri dublyaj edib göstərəcəklər”. İ. Zərqami Azərbaycana İrandan cizgi filmləri almağı da təklif edib: “İranda ildə 10 min dəqiqəlik cizgi filmi istehsal olunur. Bu sahədə əməkdaşlıq etmək üçün böyük imkanlar var”. İ. Zərqaminin sözlərinə görə, Azərbaycanda KİV-ə böyük məbləğdə investisiya yatırılıb. O, ümid edir ki, gələcəkdə Azərbaycanda teleradio yayım məhsullarının istehsalı daha da artacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR