Bank Of Baku

Bakıda “Qafqazda və Orta Asiyada mədəniyyətlərarası, dinlərarası və xalqlararası anlaşma” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Qafqazda və Orta Asiyada mədəniyyətlərarası, dinlərarası və xalqlararası anlaşma” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 05 fevral 2007 09:41 (UTC +04:00)
Fevralın 25-28-də Bakıda “Qafqazda və Orta Asiyada mədəniyyətlərarası, dinlərarası və xalqlararası anlaşma” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilat komitəsinin koordinatoru, Azsaylı Xalqlar məsələləri üzrə Qafqaz Beynəlxalq Fondunun direktoru Nadir Kəmaləddinov APA-ya bildirib ki, tədbirdə Azərbaycan, Gürcüstan, Rusiya, Orta Asiya və Avropa dövlətlərindən nümayəndələr iştirak edəcək, bu sahədə yaranan problemlərdən danışacaqlar. N.Kəmaləddinovun sözlərinə görə, konfransda problemdən çıxış yolları və son vaxtlar dünyada və əsasən də Avropada dinlərarası gərginliyin yaranmasının səbəbləri araşdırılacaq. O, konfransda Dağlıq Qarabağ münaqişəsinin və Rusiyada baş verən hadisələrin də müzakirə obyekti olacağını da deyib.
Tədbirin sonunda beynəlxalq təşkilatlara və bu problemin yaşandığı dövlətlərə müraciət ediləcək. Konfransdan sonrakı 6 ay müddətində bu mövzuda adıçəkilən regionda monitorinq keçiriləcək. Monitorinqin nəticələri isə bu ilin avqustunda Almaniyanın Ştutqarat şəhərində keçiriləcək konfransda açıqlanacaq. N.Kəmaləddinov məlum səbəblərdən beynəlxalq konfransa Ermənistandan nümayəndə heyətinin dəvət edilməyəcəyini də vurğulayıb.
Qeyd edək ki, konfrans keçirilən müddət ərzində qeyd olunan məsələlər ayrı-ayrılıqda keçiriləcək sessiyalarda müzakirə ediləcək və tədbirin sonuncu günü KİV üçün mətbuat konfransı keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR