Bank Of Baku

Nyu-Yorkun Təbii Tarixi Muzeyində Azərbaycan üzrə bölmə yaradılacaq

Nyu-Yorkun Təbii Tarixi Muzeyində Azərbaycan üzrə bölmə yaradılacaq
# 05 fevral 2007 11:45 (UTC +04:00)
ABŞ-ın Nyu-York şəhərinin Təbii Tarixi Muzeyində Azərbaycan üzrə bölmə yaradılacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin muzey sektorunun müdiri Azadə Hüseynova məlumat verib. Onun sözlərinə görə, hazırda bölmənin yaradılması üçün danışıqlar aparılır və layihə hazırlanır. A. Hüseynova bildirib ki, bununla əlaqədar ilkin konseptual eskizlər hazırlanaraq baxılmaq üçün lazımi orqanlara təqdim edilib. Nyu-York şəhərinin Təbii Tarixi Muzeyində Azərbaycan üzrə bölmənin açılması yaxın aylarda reallaşacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR