Bank Of Baku

“Azərbaycan ədəbiyyatı antologiyası” ukrain dilinə tərcümə edilib

“Azərbaycan ədəbiyyatı antologiyası” ukrain dilinə tərcümə edilib
# 05 fevral 2007 11:54 (UTC +04:00)
Ukrayna şairi və tərçüməçisi Mikola Mikolayeviç Miroş Niçenko “Azərbaycan ədəbiyyatı antologiyası”nı ukrain dilinə tərcümə edib. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyi (AYB) mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. Onun sözlərinə görə, antologiya Mikola Mikolayeviçin 60 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə oxucuların ixtiyarına verilib. Taras Şevçenko adına Kiyev Milli Universitetində keçirilən tədbirdə AYB beynəlxalq ədəbi əlaqələr şöbəsinin müdiri Abbas Abdulla və Ədalət Əsgəroğlu iştirak edib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev yubilyara Azərbaycan Yazıçılar Birliyinin üzvlük biletini təqdim edib. Mərasimdə Ukraynanın əməkdar artisti Qurban Abbasov konsert proqramı ilə çıxış edib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR