Bank Of Baku

Mayın ortalarında III respublika kitab satış-sərgisi keçiriləcək

Mayın ortalarında III respublika kitab satış-sərgisi keçiriləcək
# 05 fevral 2007 16:00 (UTC +04:00)
Kitab Klubunun təşkilatçılığı III respublika kitab satış-sərgisi mayın ortalarında keçiriləcək. Klubun direktoru Elxan Rzayev APA-ya bildirib ki, hər il keçirilən satış-sərgisində bu il müxtəlif ölkələrin nəşriyyatları da iştirak edəcək. Qurum cari ildə nəşriyyat və poliqrafiya müəssisələri rəhbərlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Azərbaycanda nəşriyyat işinin problemləri və həlli yolları” mövzusunda növbəti nəzəri-praktik konfrans da keçirməyi planlaşdırıb: “Bu il layihənin daha geniş şəkildə keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Əgər onlar bizim müraciətimizi qəbul etsələr, bu il kitab sərgisi beynəlxalq səviyyədə keçiriləcək. Çalışacağıq ki, bu il ötən illərə nisbətən kitablar daha ucuz qiymətə satılsın”. E. Rzayev bildirib ki, satış sərgisi iki gün müddətində keçiriləcək. Həmin tədbirdə klubun rüblük kataloqu da hazırlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR