Bank Of Baku

Türkiyədə Şah İsmayıl Xətai İnanc Dərnəyi yaradılıb

Türkiyədə Şah İsmayıl Xətai İnanc Dərnəyi yaradılıb
# 06 fevral 2007 12:50 (UTC +04:00)
Türkiyədə yeni qurulan Şah İsmayıl Xətai İnanc Dərnəyi Türkiyə prezidentinin tarixdəki 16 türk dövlətinin rəmzi olan 16 ulduzlu gerbinə yeni bir ulduz əlavə olunmasını istəyir. APA-nın xəbərinə görə, Türkiyədə Şah İsmayılın adı ilə qurulan ilk ələvi (şiə) dərnəyinin rəhbəri Murad Qantəkin bildirib ki, Xətainin yaratdığı Səfəvi dövləti də prezident gerbindəki 16 türk dövlətinin sırasına əlavə edilməlidir. Onun sözlərinə görə, Şah İsmayıl ələviliyin 7 ulu ozanından biri və Haqq aşığı olub: “Rəsmi tariximizin qətiyyən nəzərə almadığı, hətta türk saymadığı Şah İsmayılı və səfəviləri bu coğrafiyaya yenidən tanıdacağıq. Məqsədimiz gizlənən tarixi üzə çıxarmaqdır. Səfəvi dövləti tərtəmiz türk dövləti olub. Amma nə prezident gerbində, nə də digər rəsmi yerlərdə Səfəvi İmperiyası xatırladılmır. Biz bu yanlışı düzəltmək üçün yola çıxmışıq. Haqq aşığını xalqla qovuşduracağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR