Bank Of Baku

Qaxda SSRİ xalq artisti İsmayıl Dağıstanlının 100 illik yubileyi keçirilib

Qaxda SSRİ xalq artisti İsmayıl Dağıstanlının 100 illik yubileyi keçirilib
# 06 fevral 2007 13:04 (UTC +04:00)
Bu gün Qax rayonunda Azərbaycanın görkəmli mədəniyyət və teatr xadimi, SSRİ xalq artisti İsmayıl Dağıstanlının 100 illik yubileyi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Yubiley tədbirində RİH aparatının nümayəndələri, rayonun mədəniyyət və incəsənət işçiləri, bir sıra müvafiq təşkilatlardan nümayəndələr və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak ediblər. Ölməz sənətkarın 100 iliyinə həsr edilmiş yubiley tədbirində çıxış edən natiqlər İsmayil Dağıstanlının həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev başda olmaqla tədbir iştirakçıları unudulmaz sənətkarın ev muzeyində olub, İsmayıl Dağıstanlının yaradıcılığından bəhs edən fotoşəkillərə baxış keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR