Bank Of Baku

Bəstəkarlar İttifaqının və “Səadət” Sarayının yerləşdiyi bina əsaslı təmir olunacaq

Bəstəkarlar İttifaqının və “Səadət” Sarayının yerləşdiyi bina əsaslı təmir olunacaq
# 06 fevral 2007 13:07 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Azərbaycan Bəstəkarlar İttifaqının yerləşdiyi bina əsaslı təmir olunacaq. Bunu APA-ya açıqlamasında ittifaqın katibi, xalq artisti Ramiz Zöhrabov deyib. Onun sözlərinə görə, bina tarixi abidə sayıldığı üçün dövlət başçısının müvafiq sərəncamı ilə təmir olunacaq: “Bu binada “Səadət” Sarayı, Aşıqlar Birliyi yerləşir. Hazırda yerlə təmin olunmağımızla bağlı işlər gedir. İstəyirik ki, bizə verilən yer mərkəzdə olsun və bizi qane etsin. Çünki ittifaqın işçiləri eyni zamanda Konservatoriyada dərs deyir. Ona görə də ora yaxın yer olsa, yaxşı olar. Artıq axtarışlara başlamışıq və çox güman ki, yaxın zamanlarda ünvanımız dəyişiləcək”. R.Zöhrabovun sözlərinə görə, məkan dəyişikliyi ittifaqın qurultayına təsir etməyəcək: “Qurultay üçün artıq bir neçə komissiya işə başlayıb və əsərlər təqdim olunmaqdadır. Ümidvarıq ki, qurultayımız yüksək səviyyədə həyata keçiriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR