Bank Of Baku

Hindistanda keçiriləcək mədəniyyət mövzusunda beynəlxalq filmlər festivalında Azərbaycan iki sənədli filmlə təmsil olunacaq

Hindistanda keçiriləcək mədəniyyət mövzusunda beynəlxalq filmlər festivalında Azərbaycan iki sənədli filmlə təmsil olunacaq
# 06 fevral 2007 13:18 (UTC +04:00)
Fevralın sonunda Hindistanın Caypur şəhərində mədəniyyət mövzusunda beynəlxalq filmlər festivalı keçiriləcək. Festivalda Azərbaycanı “Yaddaş” studiyasının istehsalı olan “Qobustan” (rejissor Nizami Abbas) və “Salnamə” studiyasının istehsal etdiyi “Qədim Azərbaycan” (İqbal Məmmədəliyev) sənədli filmləri təmsil edəcək. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin istehsalı və təbliğatı sektorunun müdiri Yusif Şeyxov məlumat verib. Onun sözlərinə görə, artıq filmlər Hindistana göndərilib və festivalda iştirakı üçün nümayiş etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR