Bank Of Baku

Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı mədəniyyət ocaqlarında anım mərasimi keçiriləcək

Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı mədəniyyət ocaqlarında anım mərasimi keçiriləcək
# 06 fevral 2007 13:53 (UTC +04:00)
Fevralın 26-da Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Gənclər Xocalı faciəsi ilə” mövzusunda tədbir keçiriləcək. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, anım mərasimində gənc musiqiçilərin ifasında matəm rekviyemləri səslənəcək. Bundan əlavə, həmin gün Azərbaycan Dövlət İncəsənət Muzeyində, “İstiqlal” Muzeyində, Xalça Muzeyində, Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək. Tədbirlərdə faciəyə həsr olunmuş fotoşəkillər, rəsm əsərləri və heykəltəraşlıq nümunələri nümayiş etdiriləcək. Soyqırımla bağlı M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında F. Əmirov adına əməkdar kollektiv Mahnı və Rəqs ansamblının da çıxışı nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR