Bank Of Baku

Azərbaycan Karikaturaçılar Birliyi fəaliyyətini dondurub

Azərbaycan Karikaturaçılar Birliyi fəaliyyətini dondurub
# 06 fevral 2007 14:39 (UTC +04:00)
Azərbaycan Karikaturaçılar Birliyinin sədri Seyran Cəfərli birliyin fəaliyyətini dondurub. Bu barədə APA-ya məlumat verən S. Cəfərlinin sözlərinə görə, iki gündən əvvəl birlik fəaliyyətini dayandırıb və o, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə üzv olub: “Artıq son zamanlar baş verən qalmaqallara və söz-söhbətlərə son qoyduq. Birliyin fəaliyyətini dayandırmaq məqsədim vaxtımı ancaq yaradıcılığıma həsr etmək olub. Artıq yaşım çoxalıb və birliyin fəaliyyəti üçün maddi vəsait çatışmır. Tədbirləri təşkil etmək çətinləşdiyi üçün və birliyin üzvlərinin sayı az olduğu üçün fəaliyyətimiz dondurmaq qərarına gəldik. Artıq karikaturaçılar ancaq bir qurumda birləşiblər və bir yerdə fəaliyyət göstərəcəklər”. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə də APA-ya verdiyi açıqlamasında S. Cəfərlinin dediklərini təsdiqləyib. B. Hacızadə bildirib ki, iki qurumun arasında olan narazılıqlara son qoyulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR