Bank Of Baku

“Yuğ” Dövlət Teatrının aktrisası Norveçin Kirkenes şəhərində keçirilən “Barent-spektakel-2007” teatr layihəsində iştirak edib

“Yuğ” Dövlət Teatrının aktrisası Norveçin Kirkenes şəhərində keçirilən “Barent-spektakel-2007” teatr layihəsində iştirak edib
# 07 fevral 2007 10:33 (UTC +04:00)
“Yuğ” Dövlət Teatrının aktrisası Yaqut Paşazadə Norveçin Kirkenes şəhərində Pikene Pa Broen art-təşkilatı tərəfindən keçirilən “Barent-spektakel-2007” teatr layihəsində iştirak edib. Bu barədə APA-ya teatrdan məlumat verilib. Məlumatda bildirilib ki, beynəlxalq layihə artıq bir neçə ildir keçirilir və Azərbaycan ikinci dəfədir ki, layihədə təmsil olunur. Yanvarın 6-da səfərdən qayıdan Y. Paşazadə layihə çərçivəsində hazırlanan tamaşalarda da oynayıb. Yaxın zamanlarda “Yuğ” Teatrında Afaq Məsudun “Mən onu sevirəm” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçiriləcək. Tamaşa Vaqif İbrahimoğlunun quruluşunda hazırlanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR