Bank Of Baku

“İsfahan mədəniyyəti günləri” mövzusunda sərgi keçirilib

“İsfahan mədəniyyəti günləri” mövzusunda sərgi keçirilib
# 07 fevral 2007 16:36 (UTC +04:00)
İslam Konfransı Təşkilatı tərəfindən 2006-cı ildə İsfahan şəhərinin mədəni paytaxt seçilməsi münasibətilə “İsfahan mədəniyyəti günləri” mövzusunda sərgi keçirilib. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən şair Şahin Fazil İran-Azərbaycan mədəni əlaqələrinə toxunub. O, bu əlaqələrin daha da inkişaf etməsinin zəruriliyini vurğulayıb. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani bildirib ki, iki ölkənin mədəniyyəti eyni mənbədən bəhrələnib. O, İsfahanın xüsusi bir şəhər olduğunu və buradan çıxan tarixi şəxsiyyətləri xatırlayıb: “Belə tədbirlər təkcə paytaxtlarda deyil, bölgələrdə də keçirilməlidir”. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bu sahədə əlaqələrin inkişaf etdirilməsinə hazır olduqlarını və analoji tədbirlərin İran şəhərlərində də keçirilməsinə zərurət olduğunu söyləyib. Qeyd edək ki, sərgi beş gün keçiriləcək. Burada 20 nəfərin müəllifi olduğu rəsm və digər sənət əsərləri nümayiş olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR