Bank Of Baku

Samux rayonunda dörd tarixi abidənin dövlət qeydiyyatına alınması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib

Samux rayonunda dörd tarixi abidənin dövlət qeydiyyatına alınması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edilib
# 08 fevral 2007 10:10 (UTC +04:00)
2006-cı ildə Samux rayon mədəniyyət və turizm idarəsi rayon ərazisində olan 4 tarixi abidənin rəsmi şəkildə qeydiyyata alınması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Bu barədə APA-nın Qərb bürosuna Samux rayon mədəniyyət və turizm idarəsinin rəisi Süleyman Əliyev məlumat verib. Onun sözlərinə görə, mədəniyyət işçiləri maddi-mənəvi irsin saxlanılması və inkişaf etdirilməsi məqsədilə yerlərdə tarixi abidələrin qorunması istiqamətində aktiv iş aparırlar. Samux rayon ərazisində VI-VII əsrlərə dair Çobanabdallı kənd pir ocağı, XIX əsrin sonlarına aid Çobanabdallı kənd körpüsü, 1300-ə yaxın yaşı olduğu ehtimal olunan Kolayır kəndində yerləşən Dül-dül çinarı və 1872-ci ilə aid Fizuli kənd qəbirstanlığı kimi tarixi abidələr hələ də dövlət qeydiyyatına alınmayıb. Süleyman Əliyev adı çəkilən tarixi abidələrin dövlət qeydiyyatına alınacağına ümidvar olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR