Bank Of Baku

Rəssam Mir Cavad Mircavadovun xatirə lövhəsinin açılışı olub

Rəssam Mir Cavad Mircavadovun xatirə lövhəsinin açılışı olub
# 08 fevral 2007 14:58 (UTC +04:00)
Tanınmış rəssam Mir Cavad Mircavadovun yaşadığı evin qarşısında xatirə lövhəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəssamın həyat və yaradıcılığından, Azərbaycan rəssamlıq sənətinə verdiyi töhfələrdən danışıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda M. Mircavadovun layiqli davamçıları var. Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə rəssamın ən uca zirvəni fəth etdiyini bildirib: “Mircavad həm insanlığı, həm də yaradıcılığı ilə hər birimizin ürəyinə yol tapmış rəssamdır. O, yaradıcılığı ilə sevənlərini həm ağlatmağı, həm də güldürməyi bacarıb”. Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə isə Azərbaycan mədəniyyətinin və incənəsətinin tanıdılmasında müstəsna xidmətləri olan insanların xatirsənin ədəbiləşdirilməsini vacib saydığını deyib.
Qeyd edək ki, barelyef mərhum prezident Heydər Əliyevin sərəncamı əsasında hazırlanıb. Barelyefin müəllifi heykəltəraş Hüseyn Ağverdiyevdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR