Bank Of Baku

Heydər Əliyev adına Sarayda “Odnajdı na Kafkaze” filminin təqdimatı keçiriləcək

Heydər Əliyev adına Sarayda “Odnajdı na Kafkaze” filminin təqdimatı keçiriləcək
# 08 fevral 2007 15:31 (UTC +04:00)
14, 15, 16 fevral tarixlərində Heydər Əliyev adına Sarayda “Parni iz Baku” və “Maxaçkalinskie Brodyaqi” komandasının iştirakı ilə “Odnajdı na Kafkaze” filminin təqdimatı keçiriləcək. Bu münasibətlə filmin yaradıcı heyətinin iştirakı ilə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, film komandanın baş administratoru Cavid İmamverdiyevin rejissorluğu ilə çəkilib. Tədbirdə çıxış edən C.İmamverdiyev filmin komediya janrında olduğunu vurğulayıb. Onun sözlərinə görə, filmdə söhbət sədaqətli dostlardan gedir. O dostlardan ki, dar ayaqda, ağır gündə insanın köməyinə məhz onlar gəlirlər. Filmdə rolları Cavid İmamverdiyev, Emil Abbasov, Murad Dadaşov, Rus Dram və Akademik Milli Dram teatrlarının aktyorları canlandırıblar. Hazırda Moskvada yaşayan bəzi “Bakılı oğlanlar” da bir epizoda çəkilməkdən ötrü Bakıya gəliblər. Filmdə həmçinin xalq artisti Gülşən Qurbanova da rol alıb. C.İmamverdiyev bildirib ki, bu, Gülşən Qurbanovanın ifa etdiyi son rol olub. Mərhum aktrisanın sözlərini Sənubər İsgəndərli səsləndirib. Filmdə “Parni iz Baku” ilə yanaşı, “Maxaçkalinskie brodyaqi” komandası da iştirak edib. C.İmamverdiyev bildirib ki, “Odnajdı na Kafkaze” artıq fevralın 1-dən Mahaçqala da nümayiş etdirilməyə başlayıb və hər gün 5 dəfə film anşlaqla göstərilir. Film Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR