Bank Of Baku

İsveçrə-Azərbaycan mədəni əlaqələri inkişaf etdiriləcək

İsveçrə-Azərbaycan mədəni əlaqələri inkişaf etdiriləcək
# 09 fevral 2007 13:22 (UTC +04:00)
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev 11-17 fevral tarixlərində İsveçrədə səfərdə olacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Vəliyev səfər çərçivəsində İsveçrə Mədəniyyət İdarəsinin rəhbəri Jann Fredrik Jauslinlə görüşəcək. Görüşdən sonra iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi ilə bağlı sənəd imzalanması gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR