Bank Of Baku

Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin 40 illik yubileyi qeyd olunacaq

Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin 40 illik yubileyi qeyd olunacaq
# 09 fevral 2007 13:53 (UTC +04:00)
Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin 40 illik yubileyi qeyd olunacaq. Muzeyin direktoru Alla Bayramova APA-ya açıqlamasında bildirib ki, yubiley mərasimi martda keçiriləcək. Bu münasibətlə UNESCO-nun Moskvadakı ofisinin maliyyə dəstəyi ilə muzeyin saytı hazırlanır. A. Bayramovanın sözlərinə görə, artıq sayt hazırdır: “Saytın təqdimatı üçün UNESCO-nun Moskvadakı ofisinin razılığını gözləyirik. Saytda muzeyin tarixi, 40 illik fəaliyyəti dövründə keçirdiyi tədbirlər, görüşlər, video və audio materiallar yer alıb. Sayt üç dildə olacaq”. A. Bayramova 40 illik yubileylə bağlı silsilə tədbirlər planının hazırlandığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR