Bank Of Baku

Lətif Kərimovun 100 illik yubileyi UNESCO-nun baş qərargahında qeyd olunacaq

Lətif Kərimovun 100 illik yubileyi UNESCO-nun baş qərargahında qeyd olunacaq
# 09 fevral 2007 14:25 (UTC +04:00)
Fevralın 14-də xalq rəssamı Lətif Kərimovun 100 illik yubileyi Parisdə UNESCO-nun baş qərargahında qeyd olunacaq. Tədbir çərçivəsində Beynəlxalq Xalça Simpoziumu və xalça ustalarının əl işlərindən ibarət sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva APA-ya açıqlamasında bildirib ki, simpoziumda tədqiqatçı Lalə Kazımova muğam haqqında məruzə ilə çıxış edəcək. Sərgidə isə L. Kərimovun xalçaları və 50-dək əl işləri nümayiş olunacaq. Sərginin nümayişi zamanı Qədim Musiqi Alətləri Ansamblının üzvləri Munis Şərifov, Nuriyyə Hüseynova və Ramin Əsədullayev muğamlar ifa edəcələr. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi etdiyi Azərbaycan nümayəndə heyəti də tədbirə qatılacaq. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva, Milli Elmlər Akademiyasının nümayəndələri Rasim Əfəndi, Teymur Məmmədov daxildir. Tədbirdə Azərbaycanla yanaşı, Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, İran və Türkiyə mütəxəssislərinin də iştirak edəcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR