Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin 70, “Ulduz” jurnalının 40 illik yubileyinin keçirilməsi planlaşdırılır

Azərbaycan Yazıçılar Birliyinin 70, “Ulduz” jurnalının 40 illik yubileyinin keçirilməsi planlaşdırılır
# 12 fevral 2007 11:49 (UTC +04:00)
Fevralın 15-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) web-saytının təqdimat mərasimi keçiriləcək. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu APA-ya bildirib ki, saytda birliyin fəaliyyəti və keçirilən tədbirlər haqqında məlumatlar yer alıb. Bu il üçün AYB-nin 70 illik yubileyinin və “Ulduz” jurnalının 40 illik yubileyinin keçirilməsi planlaşdırılır. Ə. Əsgəroğlu bildirib ki, hələlik tədbirin nə zaman keçiriləcəyi müəyyənləşməyib: “Birliyin 70 illik yubileyi ötən il olub. Ancaq yubiley keçirilməyib və bu ilə saxlanılıb. Hazırda yubileyin keçirilməsi ilə bağlı danışıqlar gedir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR