Bank Of Baku

Bir qrup memar Azərbaycan Memarlar İttifaqının fəaliyyətindən narazıdırlar

Bir qrup memar Azərbaycan Memarlar İttifaqının fəaliyyətindən narazıdırlar
# 14 fevral 2007 11:54 (UTC +04:00)
“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən birliyin sədri, əməkdar memar Sabir Orucov MİDİB-in 2003-cü ildə fəaliyyətə başladığını deyib. Onun sözlərinə görə, birliyin yaranmasında əsas məqsəd Azərbaycanda memarlıq, inşaat və tikinti sahələrinin inkişaf etdirilməsi və müasir dünya standartları səviyyəsinə çatdırılması işinə kömək etməkdir: “Hazırda bu sahələrdə olan problemləri həll etmək üçün bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. 3 illik faəliyyətimiz dövründə birliyimizə üzv olmuş ictimai təşkilatlar, şirkətlər və fərdi insanlar müxtəlif xarici ölkələrdə də layihələr hazırlayıb. Təşkilatımıza Azərbaycanın tanınmış memarları, dizaynerləri, inşaatçıları daxildir və bu gün bir sıra şirkətlərlə müqavilə bağlayacağıq. Paytaxtda memarlıq və inşaat sahəsində baş verənlər bizi birlik yaratmağa məcbur etdi. Düşündük ki, bəlkə biz dövlətə və cəmiyyətimizə bu sahədə yardım göstərə bilərik”. Qurum rəhbərinin sözlərinə görə, bu gün Azərbaycanda, xüsusilə də Bakıda memarlıq üslubu tamamilə pozulub: “Memarlıq üslubunun düzgün işlənilməsi üçün Bakı şəhərinin baş planı olmalıdır. Şəhərin baş planı isə 2005-ci ilə qədər idi, ondan sonra plan təsdiqlənməyib. Planın hazırlanması üçün dövlət rəhbərliyində müzakirələr aparılmağa başlayıb. Anacq əsas problem bundadır ki, Bakının memarlıq üslubunun düzgün işlənilməsi Bakı meriyasından asılıdır”. Professor Fəqan Əliyev də birliyin yaranmasını təqdirəlayiq hal hesab edib. Onun sözlərinə görə, Bakıda 12 mərtəbədən yuxarı binaların tikilməsi çox pis haldır: “Bakının əksər əraziləri potensial zəlzələ və sürüşmə zonasında yerləşir. Ona görə də Bakı hündür binaların tikilməsi üçün təqdirəlayiq yer deyil. İçəri Şəhər Memarlıq Qoruğunda da memarlıq üslubu pozulub. Bu problemləri aradan qaldırmaq üçün də birlikdə toplaşmışıq”. F. Əliyev Azərbaycan Memarlar İttifaqının fəaliyyətindən də narazı olduğunu bildirib: “Azərbaycan Memarlar İttifaqı düzgün fəaliyyət göstərə bilsəydi, qurultayını keçirərdi. Ancaq onlar necə ildir ki, bu qurultayı keçirib başa çata bilmirlər. Onlar hansısa ölçülərlə fəaliyyət göstərirlər.Görün onlar nə qədər faəliyyətsizdilər ki, ötən əsrin ən tanınmış memarlarından olan Mikayıl Hüseynovun bu günə kimi nə heykəli ucaldılıb, nə də qəbrinin üstü götürülb”. Memarlıq və İnşaat Universiteinin memarlıq fakültəsinin dekanı Xəlil Cəfərov da Azərbaycan Memarlar İttifaqının fəaliyyətindən narazı olduğunu vurğulayıb. O bildirib ki, MİDİB sadalan problemlərin həll olunmasında böyük rol oynayacaq. Məsələ ilə bağlı Azərbaycan Memarlar İttifaqının müsanibətini öyrənmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR