Bank Of Baku

Almaniyada “Azərbaycan Tədqiqatları” adlı elmi məcmuə nəşr olunub

Almaniyada “Azərbaycan Tədqiqatları” adlı elmi məcmuə nəşr olunub
# 14 fevral 2007 14:26 (UTC +04:00)
Bu günlərdə Almaniyada “Azərbaycan Tədqiqatları” adlı elmi məcmuənin I cildi nəşr olunub. Kitab Klubundan APA-ya verilən məlumata görə, məcmuə Berlin şəhərində fəaliyyət göstərən Köster nəşriyyatında çapdan çıxıb. 266 səhifədən ibarət olan I cildə Azərbaycan, Almaniya, Fransa və Niderlandda fəaliyyət göstərən elm adamlarının 21 məqaləsi daxil edilib. Məqalələr azərbaycan, alman, ingilis və fransız dillərindədir. Məcmuədə Azərbaycanla bağlı siyasət, iqtisadiyyat, tarix, dil və ədəbiyyatla əlaqədar mövzulara toxunulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR