Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin veb-saytı fəaliyyətə başlayıb

Azərbaycan Yazıçılar Birliyinin veb-saytı fəaliyyətə başlayıb
# 15 fevral 2007 13:04 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) veb-saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AYB sədri, xalq yazıçısı Anar saytın fəaliyyətə başlamasını çox böyük hadisə olduğunu bildirib: “70 ildən artıqdır ki, Yazıçılar Birliyi fəaliyyət göstərir və uzun müddətdir ki, sayt hazırlanır. Saytda birliyimizin üzvü olan, olmayan yazıçılar və şairlər haqqında məlumatlar yer alıb”. Anar bildirib ki, saytda yer alan məlumatlar üç dildə azərbaycan, rus və ingilis dillərindədir. Birlik sədri saytın hazırlanmasında xüsusi əməyi olan birliyin katibləri Arif Əmrahoğlu və Rəşad Məcidə təşəkkürünü bildirib. Tədbirdə A. Əmrahoğlu saytda müxtəlif şöbələrin yer aldığını qeyd edib: “1998-ci ildən üzərində işlədiyimiz saytı istədiyimiz formada sizə çatdırırıq. Ancaq bundan sonra da sayt üzərində işləri davam etdiriləcəyik və məlumatlar daima yenilənəcək. XXI əsrdə veb-saytsız qurumun fəaliyyəti bir qədər çətin olur. Saytda birliyimizdə çıxan nəşrlər haqqında da ətraflı məlumat verilib”. A. Əmrahoğlu bildirib ki, iki hissədən ibarət olan saytın birinci hissəsində AYB tarixi haqqında, ikinci hissədə isə üzvləri və müxtəlif mövzuları haqqında məlumatlar yer alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR