Bank Of Baku

30-a yaxın təşkilat İçərişəhərlə bağlı UNESCO-ya müraciət edəcək

30-a yaxın təşkilat İçərişəhərlə bağlı UNESCO-ya müraciət edəcək
# 16 fevral 2007 12:00 (UTC +04:00)
Qeyri-hökumət təşkilatlarının İçərişəhərin problemləri ilə bağlı yaratdıqları Tarixi, Mədəni və Təbii İrsi Qoruma İctimai Komitəsi “Bizim şəhər” devizi altında kompaniyaya başlayıb. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini qədim tarixə malik olan mədəniyyət abidələrimizin dağıdılmasına cəlb etməkdir. APA-nın məlumatına görə, bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində İçərişəhərin problemlərinə dair keçirilən dəyirmi masada “Bizim şəhər” kampaniyasının əlaqələndiricisi, tarixçi Aytəkin İmranova məlumat verib. Onun sözlərinə görə, İçərişəhər UNESCO-nun milli irs siyahısına daxil edilərkən Azərbaycanın qarşısında həmin abidənin ərazisində yerləşən, qədim qoruğun memarlıq üslubuna uyğun gəlməyən binaların sökülməsi şərti qoyulmuşdu: “İçərişəhərin girişinə şlaqbaum qoyulub ki, bura ağır texnika daxil olmasın. Amma ağır texnika ilə buradakı binaları sökürlər, səbəb kimi isə onların qəza vəsiyyətində olduğunu göstərirlər. Belə binalar sökülmək əvəzinə, möhkəmləndirilməlidir”. A. İmranova bildirib ki, Neftçilər prospekti 77 ünvanında 1900cü ildə, Neftçilər prospekti 79-da isə 1896-cı ildə tikilmiş bina artıq sökülüb. O, 30-a yaxın təşkilatın adından UNESCO-ya müraciət edəcəklərini deyib. Müraciətdə İçərişəhərin vəziyyətini qiymətləndirmək üçün Azərbaycana ekspertlərin göndərilməsi xahiş ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR