Bank Of Baku

“Dilçilik ensiklopediya”sının I cildinin təqdimat mərasimi keçirilib

“Dilçilik ensiklopediya”sının I cildinin təqdimat mərasimi keçirilib
# 16 fevral 2007 12:16 (UTC +04:00)
Azərbaycan Dillər Universitetində (ADU) flilologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlin “Dilçilik ensiklopediyası”nın I cildinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili, ADU-nun rektoru Səməd Seyidov təqdim olunan toplunun önəmliliyindən danışıb və “Dilçilik Ensiklopediyası”nın növbəti cildlərinin tezliklə çap olunmasının vacibliyini vurğulayıb. Ensiklopediyanın müəllifi, professor Fəxrəddin Veysəl “Dilçilik ensiklopediyası”nın əhəmiyyətini son dərəcə böyük olduğunu deyib: “Dilçilik ensiklopediyası bilavasitə metodilçilik sahəsinə aiddir və bu, digər lüğətlərdən birinci növbədə onunla fərqlənir ki, burada dil haqqında, onun sistem və strukturu barədə dilçilik elminin müasir durumu baxımdan geniş və əhatəli bilgilər verilir. Bu gün auditoriyalarda dilçilikdən oxunan mühazirələrə və aparılan seminar məşğələlərinə möhkəm zəmin yaratmaqda bu kitabın əhəmiyyəti çox böyükdür”. Ensiklopediyanın ADU nəzdində fəaliyyət göstərən eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlandığını bildirən F. Veysəl, kitabını indiyə qədər analoqu olmayan layihə adlandırıb. Dilçilik ensiklopediyası iki hissədən ibarətdir. Birinci hissə A hərfindən H hərfinə qədər, ikinci hissə isə O hərfindən R hərfinə qədər olan sözləri əhatə edir. Bundan başqa ikinci hissədə görkəmli dünya dilçiləri haqqında qısa məlumat, ensiklopediyada gedən dillərin siyahısı və dilçiliyin əsas anlayışlarının adları əlifba sırası ilə yer alıb. Ensiklopediya Azərbaycan, rus, ingilis və fransız dillərindədir. Tədbirdə çıxış edən “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı ensiklopediyanın tələbələr və müəllimlər üçün stolüstü kitab olacağına inandığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR