Bank Of Baku

Şair Musa Yaqubun 70 illik yubileyi keçiriləcək

Şair Musa Yaqubun 70 illik yubileyi keçiriləcək
# 16 fevral 2007 13:40 (UTC +04:00)
Şair Musa Yaqubun 70 illik yubileyi keçiriləcək. Bu barədə APA-ya açıqlama verən Musa Yaqub yubileylə əlaqədar tənqidçi Vaqif Yusifli tərəfindən onun haqqında “Yaxşı ki, sən varsan” kitabı hazırlanır. Onun sözlərinə görə, kitab yaxın vaxtlarda işıq üzü görəcək: “70 illik yubileyimin keçirilməsi ilə bağlı hazırda danışıqlar gedir və yəqin ki, danışıqlardan sonra mərasimin harada, nə zaman keçiriləcəyi müəyyənləşdiriləcək. Yubileylə bağlı külliyatımı hazırlayıram və həmin günü təqdim edəcəyəm”. M. Yaqub bildirib ki, küliyyat “Şerlərin cəmi” adı altında nəşr olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR