Bank Of Baku

2007-2008-ci illərdə İsveçrədə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək

2007-2008-ci illərdə İsveçrədə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək
# 16 fevral 2007 16:30 (UTC +04:00)
2007-2008-i illərdə İsveçrədə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev İsveçrəyə səfəri zamanı razılıq əldə olunub. Səfər zamanı Ədalət Vəliyev İsveçrənin Federal Mədəniyyət İdarəsinin Bazel, Bern, Friburq kantonlarının mədəniyyət idarələrinin rəhbərləri, Bern, Montrö, Cenəvrə və Sürix şəhər merləri, daha sonra məşhur Pro-Helvetia fondunun və digər özəl mədəniyyət qurumlarının rəhbərləri ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbiuat xidmətindən APA-ya verilən məlumata görə, görüşlərdə Azərbaycan və İsveçrə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb. Ə. Vəliyev fevralın 15-də Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndələyinin təşəbbüsü ilə BMT-nin Cenevrədəki Millətlər Sarayı adlandırılan qərargahında təşkil olunmuş Azərbaycan rəssamlarının “Qobustandan yol gələn naxışlar” adlı sərginsinin açılış mərasimində iştirak edib. Sərgi martın 2-dək davam edəcək. Bu səfər Mədəniyyət və Turizm Nazirliyi adından İsveçrəyə ilk yüksək səviyyəli səfər idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR