Bank Of Baku

Ankarada “Türk və İran ədəbiyyatları arasında qarşılıqlı təsir və Şəhriyar” mövzusunda konfrans keçirilir

Ankarada “Türk və İran ədəbiyyatları arasında qarşılıqlı təsir və Şəhriyar” mövzusunda konfrans keçirilir
# 20 fevral 2007 08:26 (UTC +04:00)
Ankarada İran İslam Respublikası Mədəniyyət Nazirliyi ilə Türk Dil Qurumunun birgə təşkil etdiyi “Türk və İran ədəbiyyatları arasında qarşılıqlı təsir və Şəhriyar” mövzusunda konfrans başlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konfransın açılışında Böyük Millət Məclisinin sədri Bülənt Arınç, İran İslam Respublikası Məclisinin sədri Qulaməli Həddad Adil, Türk Dil Qurumunun rəhbəri Hakkı Akalın və Atatürk Kültür Mrkəzinin rəhbəri Sadiq Tural nitq söyləyiblər. İşini bu gün davam etdirəcək konfransda türkiyəli professorlar Əli Yavuz Akpınar, Osman Fikri Sərtkaya və filologiya elmləri doktoru, “Şəhriyar: Türkcə bütün şeirləri” kitabının müəllifi Yusuf Gədikli çıxış edəcəklər. Azərbaycan Pedaqoji Universitetinin müəllimi Elman Quliyev də iştirakçılar sırasındadır.
Qeyd edək ki, Yusuf Gədiklinin “Şəhriyar: Türkcə bütün şeirləri” adlı fundamental əsərinin son variantı bu yaxınlarda İstanbulda çapdan çıxacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR