Bank Of Baku

“Təhsil ruhi mədəniyyətin strateji sosial institutu kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək

“Təhsil ruhi mədəniyyətin strateji sosial institutu kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək
# 21 fevral 2007 09:34 (UTC +04:00)
Fevralın 24-də Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumu, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə “Təhsil ruhi mədəniyyətin strateji sosial institutu kimi” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Bu barədə APA-ya “Simurq” Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, professor Fuad Məmmədov məlumat verib. Tədbir Azərbaycan Biznes Mərkəzində keçiriləcək. Seminarda “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının I vitse-prezidenti, akademik Maqsud Əliyev, DVV İnternational Azərbaycan nümayəndəliyinin rəhbəri Fuad Muradov və professor F. Məmmədov mövzu ilə bağlı çıxış edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR