Bank Of Baku

“Book Mania” layihəsi çərçivəsində Gəncə şəhər Mərkəzi kitabxanasına verilmiş kitabların oxunma müddəti başa çatıb

“Book Mania” layihəsi çərçivəsində Gəncə şəhər Mərkəzi kitabxanasına verilmiş kitabların oxunma müddəti başa çatıb
# 21 fevral 2007 13:18 (UTC +04:00)
Ötən ilin oktyabrında Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Gəncə şəhər Mərkəzi Kitabxanasına 213 kitab verilib. Müvəqqəti istifadəyə təqdim edilmiş kitabların oxunma müddəti fevralın 17-də başa çatıb. Gəncə şəhər Mərkəzi Kitabxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, 5 ay müddətində “Book Mania” kampaniyası çərçivəsində alınmış kitabları 95 oxucu oxuyub. Kitab sərgisinin keçirilməsində əsas məqsəd oxucu kütləsini Böyük Britaniya ədəbiyyatı və yazıçıları ilə yaxından tanış etmək olub. Qeyd edək ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən “Book Mania” layihəsi çərçivəsində oxuculara təqdim olunan kitablar sırasında C. Roulinqin məşhur “Harri Potter və Fəlsəfi daş”, Helen Fildinqin “Bridcet Consun gündəliyi”, Maqdalen Nabbın “İngilis ömrü” kimi əsərləri və digər ədəbi nümunələr var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR