Bank Of Baku

“Xatirə” ensiklopediyasının 6-cı cildi çapdan çıxıb

“Xatirə” ensiklopediyasının 6-cı cildi çapdan çıxıb
# 22 fevral 2007 08:31 (UTC +04:00)
İkinci Dünya müharibəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımında həlak olmuş soydaşlarımızdan bəhs edən “Xatirə” ensiklopediyasının 6-cı cildi çapdan çıxıb. Bu barədə APA-ya Respublika “Xatirə” kitabı redaksiyasının redaktoru Nahid Hacızadə deyib. Onun sözlərinə görə, ensiklopediya 2002-ci ildən nəşr olunmağa başlayıb. Bu nəşrin ümumilikdə 20 cilddən ibarət olacağını bildirən N. Hacızadə “Xatirə” kitabının bu sayında 20-yə yaxın insan haqqında söhbət açıldığını qeyd edib: “Ensiklopediyanın hər il bir cildi çap olunur və bu toplu pulsuz paylanılır. Kitabı redaksiyamıza ünvanlanan məktublar əsasında veririk. Bununla yanaşı, redaksiyamızda Qarabağ müharibəsində həlak olan polislər haqqında kitabın hazırlığına başlamışıq”. N.Hacızadənin sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan nasirlərinin Qarabağ hadisələrindən bəhs edən əsərləri toplu halında nəşr olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR