Bank Of Baku

Akif Əlinin “İdrak” adlı yeni kitabı işıq üzü görüb

Akif Əlinin “İdrak” adlı yeni  kitabı işıq üzü görüb
# 22 fevral 2007 13:53 (UTC +04:00)
Yazıçı-publisist Akif Əlinin “İdrak” adlı yeni kitabı işıq üzü görüb. Müəllifin APA-ya verdiyi məlumata görə, yeni nəşr onun həyata, insanlara özəl münasibətini əks etdirən müxtəlif düşüncələrdən, deyim və müşahidələrdən ibarət topludur. Kitabda toplanan qeydlər, ideyalar, mövzular, süjet dialoqlar müəllifin gənclik illərinin yaradıcılıq axtarışlarının təzahürüdür. A. Əli bildirib ki, kitabda toplanan qeydlərin əlyazma şəklində uzun illər istifadəsiz qalmasına, mövzuların işlənməməsinə, ideyaların inkişaf etdirilməməsinə səbəb vaxt və imkan məhdudluğundan əlavə, son illər mütaliəyə olan marağın azalması da olub. Qeyd edək ki, bu gün A.Əlinin 55 yaşı tamam olur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR