Bank Of Baku

Salyan şəhidləri haqqında yeni kitabın təqdimat mərasimi keçirilib

Salyan şəhidləri haqqında yeni kitabın təqdimat mərasimi keçirilib
# 26 fevral 2007 08:51 (UTC +04:00)
Salyan şəhidləri haqqında yeni kitabın təqdimat mərasimi keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün Təyyar Nəsiblinin Salyan şəhidlərinə həsr olunmuş “Altında yatırkən də bizimdir yerin üstü” kitabının təqdimat mərasimi olub. “Təhsil NPM” nəşriyyatı tərəfindən nəşr olunan kitabda Salyan rayonundan şəhid və itkin düşmüş 205 nəfər haqqında məlumat yer alıb. 500 tirajdan ibarət olan kitabın 205-i şəhid və itkin düşmüş həmvətənlərimizin ailələrinə təmənnasız olaraq paylanıb. Bu, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, KİV Həmkarlar İttifaqının “Nailiyyət” mükafatı laureatı Təyyar Nəsiblinin sayca beşinci kitabıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR