Bank Of Baku

Sankt-Peterburqda “Şərq poeziya axşamı” keçirilib

Sankt-Peterburqda “Şərq poeziya axşamı” keçirilib
# 03 mart 2007 08:26 (UTC +04:00)
Martın 2-də Sankt-Peterburq şəhərinin Petrov adına teatr-konsert zalında məşhur yazıçı Qraninin təşəbbüsü ilə Sankt-Peterburq Rektorlar Şurası, Sankt-Peterburq Ziyalılar Konqresi və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun dəstəyi ilə “Şərq poeziyası axşamı” keçirilib. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun mətbuat xidmətindən məlumat verilib. Tədbirdə baş konsul Qüdsi Osmanov, Sankt-Peterburq şəhərinin ali təhsil məktəblərinin rektorları, müəllimlər, elm, mədəniyyət, incəsənət xadimləri, alimlər, ədəbiyyatçılar, yazıçılar və Sankt-Peterburq universitetlərində təhsil alan tələbələr iştirak ediblər. Poeziya axşamında tələbələr və tanınmış aktyorların ifasında Şərq, o cümlədən Azərbaycan şairlərinin poemaları və şeirləri müxtəlif dillərdə ifa olunub. Ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələr görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin qəzəlləri və əsərlərindən parçalar səsləndiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR