Bank Of Baku

Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” divanının Azərbaycan dilinə tərcümə olunmuş variantı Mixail Saakaşvilinin anasına hədiyyə ediləcək

Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” divanının Azərbaycan dilinə tərcümə olunmuş variantı Mixail Saakaşvilinin anasına hədiyyə ediləcək
# 06 mart 2007 11:01 (UTC +04:00)
Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” divanını Azərbaycan dilinə çevirən filologiya elmləri namizədi Ramiz Əsgər türkologiya elmində xidmətlərinə görə Avrasiya Yazarlar Birliyinin fəxri diplomuna layiq görülüb. Bu barədə APA-ya açıqlama verən Ramiz Əsgər Türkiyənin TRT kanalında divanla bağlı çıxış etdiyini və çıxışının qonşu ölkədə maraqla qarşılandığını deyib. “Türkologiya və şərqşünaslıqda qiymətli mənbə sayılan bu tarixi abidənin dilimizə tərcüməsi və təkrar nəşri Azərbaycanda yetərincə təbliğ olunmur. Kitabın kitabxana və universitetlərə hədiyyə etmişəm. Hələlik yalnız Slavyan Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda müzakirəsi keçirilən kitabı hədiyyə istəyənlər daha çoxdur. Divanın Azərbaycan dilinə tərcümə edilmiş variantını Gürcü Qara Dəniz Universitetinin professoru, prezident Mixail Saakaşvilinin anası xanım Gui Alasaniyaya, Çinin Urimçi Universitetinə, Daşkənd Dövlət Universitetinə, Almatı Dövlət Universitetinə hədiyyə edəcəyəm”. Ramiz Əsgər hazırda Mahmud Kaşğarinin “Divani-lüğat-it-türk” divanını rus dilinə tərcümə etdiyini deyib. İki cildinin tərcüməsi başa çatan divanın rus dilində nəşri bu ilin sonuna nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR