Bank Of Baku

Martın 17-də Fərman Kərimzadənin 70 illik yubileyi qeyd olunacaq

Martın 17-də Fərman Kərimzadənin 70 illik yubileyi qeyd olunacaq
# 06 mart 2007 11:02 (UTC +04:00)
“Fərman Kərimzadənin yubileyinin yüksək səviyyədə keçirilməsi üçün hələ iki il əvvəl Azərbaycan Yazıçılar Birliyinə müraciət etsək də, onun doğum günü nəinki dövlət səviyyəsində, heç qələm yoldaşları tərəfindən də anılmadı”. Bu açıqlamanı APA-ya yazıçı Fərman Kərimzadənin həyat yoldaşı Qəmər Kərimzadə verib. O, martın 3-də 70 yaşı tamam olan Fərman Kərimzadənin yubileyinin yalnız ailə üzvləri tərəfindən qeyd olunduğunu deyib: “Fərmanın ad günün yalnız özümüz qeyd etdik. Yazıçılar Birliyinə yubileylə bağlı müraciət edərkən qurumun katibi Fikrət Qoca bu təşəbbüsü bəyəndiyini desə də, hələlik bir nəticə yoxdur”. Azərbaycan Yazıçılar Birliyindən isə APA-ya bildiriblər ki, Fərman Kərizadənin 70 illik yubileyinə hazırlıq işləri görülür. Yazıçının yubileyi Novruz bayramı ərəfəsinə təsadüf edəcək. Qeyd edək ki, Fərman Kərimzadənin ölümü də mart ayına təsadüf edir, yazıçı 1989-cu il martın 17-də dünyasını dəyişib. Yubiley ərəfəsində mərhum yazıçının əsərlərinin beş cildliyi hazırlanıb. Fərman Kərimzadənin ailə üzvlərinin köməyi ilə işıq üzü görən birinci cildə yazarın “Xudafərin Körpüsü” əsəri daxil edilib. Digər cildlərdə isə yazıçının “Çaldıran döyüşü”, “Qarlı aşırım”, “Təbriz namusu”, “Vedinin yanı dağlar”, “Qoca qartalın ölümü” romanları, povest və hekayələri, həmçinin şerləri yer alıb. Qeyd edək ki, yazıçının son cildlərdə çap olunan əsərləri ilk dəfə nəşr edilir. İndiyə kimi bu bədii nümunələr oxuculara yalnız jurnal variantında təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR