Bank Of Baku

Ramiz Rövşənin yaradıcılığına həsr olunmuş “Filoloji fantaziya” kitabı işıq üzü görəcək

Ramiz Rövşənin yaradıcılığına həsr olunmuş “Filoloji fantaziya” kitabı işıq üzü görəcək
# 06 mart 2007 14:09 (UTC +04:00)
60 yaşını yenicə qeyd edən şair Ramiz Rövşən oxucuları ilə daha bir görüşə hazırlaşır, amma bu dəfə şerləri ilə yox. APA-nın məlumatına görə, tənqidçi Cavanşir Yusiflinin şairin yaradıcılığına həsr olunmuş “Filoloji fantaziya” (Ramiz Rövşən yaradıcılığı poetik sistem kimi) kitabı bu günlərdə işıq üzü görəcək. “Qanun” nəşriyyatında çap olunan 224 səhifəlik kitabın nəşriyyat redaktoru Nəriman Əbdülrəhmanlı, redaktoru isə Rüstəm Kamaldır. Ramiz Rövşənin yaradıcılığını araşdıran kitab həftəsonu işıq üzü görəcək./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR