Bank Of Baku

Şair Ayaz Vəfalının 70 illik yubileyi keçirilib

Şair Ayaz Vəfalının 70 illik yubileyi keçirilib
# 07 mart 2007 10:26 (UTC +04:00)
Səməd Vurğunun Ev Muzeyində “Ədəbiyyat” qəzetinin baş redaktoru, şair Ayaz Vəfalının 70 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Aybəniz Vəkilova şairin həyat və yaradıcılığından danışıb. Muzey rəhbəri yubilyara Səməd Vurğun diplomunu təqdim edib. Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca A.Vəfalının gözəl insan olduğunu vurğulayıb. Professor Qəzənfər Paşayev 70 yaşını tamamlayan Ayaz Vəfalının tək şair deyil, həm gözəl publisist, həm də tərcüməçi olduğunu bildirib. Yubiley tədbirində AYB katibi Çingiz Abdullayev, Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının sədri, millət vəkili Nizami Cəfərov A.Vəfalının yaradıcılığından danışıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR