Bank Of Baku

Azərbaycan yazıçılarının hekayələri Polşada nəşr olunub

Azərbaycan yazıçılarının hekayələri Polşada nəşr olunub
# 07 mart 2007 11:48 (UTC +04:00)
Polşada Azərbaycan yazıçılarının nəsr antologiyası işıq üzü görüb. APA-nın məlumatına görə, kitab “Qırmızı limuzin (Çağdaş Azərbaycan yazıçılarının hekayə antologiyası)” adlanır. 205 səhifəlik kitabda 15 Azərbaycan yazıçısının hekayələri çap olunub. Polyak dilində oxuculara Maqsud İbrahimbəyov, Anar, Elçin, Rəşad Məcid, İlqar Fəhmi, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Qulu Ağsəs və başqalarının nəsri təqdim edilir. Antologiyaya ön sözü Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev yazıb. Tərcümələr “Dünya ədəbiyyatı” jurnalının “Azərbaycan ədəbiyyatının Avropa ölkələrindəki təbliği proqramı” çərçivəsində hazırlanıb. Nəsr nümunələrini polyak dilinə Vüsalə Mustafayeva, Sonya Qasımova, İlahə Kərimova, Raisa Miskərli və Samirə Abdullayeva çevirib. Kitab Vislas Parazinski və Hüseynbala Mirələmovun yardımı ilə Varşavanın “PBS” nəşriyyatında 1000 tirajla çap olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR