Bank Of Baku

“Master və Marqarita” romanı Azərbaycan dilində çap olunacaq

“Master və Marqarita” romanı Azərbaycan dilində çap olunacaq
# 07 mart 2007 14:44 (UTC +04:00)
Mixail Afanasyeviç Bulqakovun “Master və Marqarita” romanı “Şərq-Qərb” nəşriyyatında Azərbaycan dilində nəşr ediləcək. Bu barədə APA-ya romanın tərcüməçisi, yazıçı Saday Budaqlı məlumat verib. Yaxın günlərdə oxucuların ixtiyarına veriləcək 300 səhifəlik kitab 25 min tirajla yayılacaq. İlk dəfə Azərbaycan dilində çap olunan “Master və Marqarita” satış üçün nəzərdə tutulmayıb. Kitab məktəblərə, ictimai təşkilatlara və sözsüz ki, kitabxanalara hədiyyə ediləcək. Qeyd edək ki, romanın tərcüməçisi Saday Budaqlı Bulqakov nəsrindən öncə dilimizə Nobel Mükafatı laureatı Kavabatanın “İnildəyən dağ” romanını, Akqutaqavanın novellalarını çevirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR