Bank Of Baku

Buxarestdə Füzulinin “Leyli və Məcnun” poemasının rumın dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilib

Buxarestdə Füzulinin “Leyli və Məcnun” poemasının rumın dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilib
# 07 mart 2007 14:55 (UTC +04:00)
Buxarestdə Məhəmməd Füzulinin anadan olmasının 510 illiyinə və “Leyli və Məcnun” poemasının rumın dilinə tərcümə edilmiş variantının təqdimatına həsr olunmuş mərasim keçirilib. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, mərasim Azərbaycan və Türkiyənin Rumıniyadakı səfirliklərinin və Titulesku Fondunun təşkilatçılığı ilə Rumıniya paytaxtındakı Titulesku Evində təşkil olunub. Tədbirdə Titulesku Fondunun və Rumıniya Yazıçılar İttifaqının təmsilçiləri, Azərbaycan və Türkiyənin Rumıniyadakı səfirləri çıxış edərək Füzuli yaradıcılığının dünya və türk xalqları üçün əhəmiyyətindən danışıblar. “Leyli və Məcnun” poemasının rumın dilinə tərcüməsinin müəllifi, Buxarest Universitetinin professoru Nevzat Yusuf Sarıgöl “Füzulinin şəxsiyyəti və yaradıcılığı” adlı məruzə ilə çıxış edib. Tədbirdə Füzulinin şeirləri Azərbaycan və rumın dillərində səsləndirilib.
Qeyd edək ki, rumın oxucuları Füzulinin yaradıcılığı ilə tanış olmaq imkanını bir müddət əvvəl əldə ediblər. Dahi klassikin “Divan”ından seçilmiş və rumın dilinə tərcümə olunmuş “Qəzəllər” kitabı 2005-ci ildə Buxarestdə işıq üzü görüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR