Bank Of Baku

Sabir Rüstəmxanlının “Ömür kitabı” Təbrizdə çap ediləcək

Sabir Rüstəmxanlının “Ömür kitabı” Təbrizdə çap ediləcək
# 09 mart 2007 13:26 (UTC +04:00)
Sabir Rüstəmxanlının “Göy Tanrı” kitabı ikinci dəfə 2000 nüsxə ilə Türkiyədə nəşr olunub. S. Rüstəmxanlı APA-ya bildirib ki, 350 səhifəlik kitabda türklərin böyük köçü, mifoloji mətnlərdə yaşayan tarixi həqiqətlərin izləri təsvir olunub. Türkologiya tarixində ilk dəfədir ki, bu böyük köç bütöv bir romanın süjet xəttinin əsasını təşkil edir. Kitabın Türkiyədə təkrar nəşri də əsas bu faktla bağlıdır.
S. Rüstəmxanlının daha iki kitabı isə bu günlərdə Təbrizdə işıq üzü görüb. “Göy Tanrı” və “Atamın ruhu” kitabları ilk dəfədir ki, güneyli soydaşlarımızın ixtiyarına verilir. Bir neçə gün əvvəl İrandan gəlmiş naşirlər isə yazarın “Ömür kitabı”nın çapına razılıq alıblar. Onlara “Ömür kitabı”nın Azərbaycan dilində çap olunan variantı (təkrar nəşrlərlə bir yerdə) türk, ingilis və rus dillərində çap olunmuş variantları, eləcə də kitabın elektron nüsxəsi verilib. Kitab aprel ayında İranda nəşr ediləcək.
Qeyd edək ki, Sabir Rüstəxanlının “Ömür kitabı” qonşu ölkədə bütöv halda ilk dəfə çap olunacaq. Bundan əvvəl romanın ayrı-ayrı fəsilləri Cavad Heyətin “Varlıq” jurnalında oxuculara təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR