Bank Of Baku

Orxan Aras AYB-nin fəxri üzvü seçilib

Orxan Aras AYB-nin fəxri üzvü seçilib
# 09 mart 2007 15:07 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Almaniyada yaşayan tanınmış yazar və qəzetçi Orxan Arasın “Xoş gördük, gözəl yurdum” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. Azərbaycan oxucularına “525-ci qəzet”dəki yazıları ilə yaxşı tanış olan Orxan Arasın ölkəmizdə çap olunan ilk kitabında müəllifin publisistik yazıları yer alıb. Təqdimat mərasimində Orxan Aras AYB-nin fəxri üzvü və eyni zamanda AYB-nin Avropa ölkələri üzrə nümayəndəsi seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR