Bank Of Baku

“Əli və Nino” romanı əsasında film çəkiləcək

“Əli və Nino” romanı əsasında film çəkiləcək
# 12 mart 2007 12:43 (UTC +04:00)
Almaniya-Azərbaycan Dostluq Cəmiyyəti Qurban Səidin “Əli və Nino” romanının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirəcək. Bu barədə APA-ya Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev məlumat verib. Yubiley tədbirində Qurban Səidin həyat və yaradıcılığından bəhs edən bir neçə filmin təqdimatı nəzərdə tutulub. Bu sıradan 80 dəqiqəlik ilk filmi holland rejissor Cosde Putter çəkib. İkinci filmi “Umveltefilm”də alman rejissor Ralf Marşalek lentə alıb. Bir sıra faktların, sənədli kadrların yer aldığı bu filmdə “Əli və Nino” romanının müəllifinin kim olması sualına da cavab verilir. Romanın məhz Qurban Səid tərəfindən yazıldığını 70 yaşlı professor təsdiqləyir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniya-Azərbaycan Dostluq Cəmiyyətində çəkilən üçüncü filmdə isə “Qurban Səid kimdir?” sualına cavab verilir. Yarım saatlıq bu sənədli filmin ssenari müəllifi professor Həsən Quliyev və Çingiz Abdullayev, rejissoru Elçin Musaoğludur. “Mühacirətdə Azərbaycanı tanıdan yazar” adlı filmin son tamamlama işləri görülür. Qeyd edək ki, 1937-ci ildə yazılan “Əli və Nino” romanının 70 illik yubiley tədbirinin may-iyun ayında keçirilməsi nəzərdə tutulub. Romanın yubileyi ərəfəsində Rüstəm İbrahimbəyovun ssenarisi əsasında tammetrajlı bədii filmin çəkilməsi də planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR