Bank Of Baku

Rusiyalı telejurnalist Fərid Seyful Nuri: “Ermənilər uşaq yaşlarından türklərə qarşı tərbiyə edilir”

Rusiyalı telejurnalist Fərid Seyful Nuri: “Ermənilər uşaq yaşlarından türklərə qarşı tərbiyə edilir”
# 13 mart 2007 12:34 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda rusiyalı telejurnalist, tanınmış şərqşünas Fərid Seyful Nuri ilə görüş olub. APA-nın məlumatına görə, görüşü AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev açaraq, qonağın Şərq ölkələrinə və İslam dünyasına yaxından bələd olduğunu bildirib. Əslində həmişə özünü jurnalist hiss etdiyini deyən şərqşünas bundan öncə iki dəfə Bakıda səfərdə olub. İlk dəfə 1958-ci ildə, sonra da 1978-ci ildə Azərbaycana gələn qonaq mərhum prezident Heydər Əliyevlə bağlı xatirələrini danışıb. Fərid Seyful Nuri bu gün mədəniyyətlərin üz-üzə qoyulması ilə barışmadığını, İslamın terror və zorakılıqdan üstün olduğunu bildirib.
Bölgəyə yaxından bələd olan qonaq iştirakçıların suallarını cavablandırıb. Onun fikrincə, Fələstin-İsrail müharibəsinin əsasını dini ayrı-seçkilik yox, məhz siyasət və ideologiya təşkil edir: “Ərəblərlə yəhudilər həmişə birgə yaşayıblar. Amma heç kimə sirr deyil ki, bölgənin digər dövlətləri - Suriya, İraq, Səudiyyə Ərəbistanı İsrailə qarşı həmişə Fələstin kartından istifadə ediblər”. Rövşən Mustafayevin “Bəs Fələstin-İsrail müharibəsi ilə bizim Qarabağ məsələsi bir-birinə nə qədər oxşardır?” sualına qonağın cavabı belə olub ki, ermənilər uşaq yaşlarından türklərə qarşı tərbiyə edilir. Ona görə də məsələnin yalnız danışıqlar masası arxasında həlli mümkündür. Ərəb dünyasının ermənilərə dəstək olması fikri ilə də tanınmış jurnalist razılaşmayıb: “Ərəb ölkələrində ermənilər çoxdur, amma bu ölkələr qonşu dövlətlərin daxili işlərinə qarışmırlar, çünki özlərinin yetərincə problemləri var”.
“Bölgədə Azərbaycanın yerini, inkişafını necə görürsünüz?” sualına şərqşünas Fərid Seyful Nurinin cavabı belə olub ki, nə əbədi dostluq var, nə də əbədi düşmənçilik: “Əsas məsələ qonşuların bir-birini qəbul etməsidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR