Bank Of Baku

Novruz bayramına həsr olunmuş elmi sessiya keçiriləcək

Novruz bayramına həsr olunmuş elmi sessiya keçiriləcək
# 13 mart 2007 14:34 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Novruz bayramına həsr olunmuş elmi sessiya və bayram tədbiri keçiriləcək. Bu məlumatı APA-ya AMEA-nın Folklor İnstitutunun direktoru Hüseyn İsmayılov verib. Martın 19-da saat 11-də başlayacaq elmi sessiyada folklorçuların Novruz bayramı ilə bağlı son elmi qənaətləri, mülahizələri dinləniləcək. Həvəskarların bu bayramla bağlı əsassız fikirlərinə, çıxışlarına qarşı çıxan institut əməkdaşlarının məqsədi ictimaiyyətə daha bitkin, elmi məlumat çatdırmaqdır: “Bu, bahar bayramı deyil, törəniş bayramıdır. Novruz bayramının tarixi daha əski çağlara gedib çıxır”. Elmi sessiyadan sonra institutda bayram məclisi keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR