Bank Of Baku

Sankt-Peterburqda Azərbaycan poeziya gecəsi keçirilib

Sankt-Peterburqda Azərbaycan poeziya gecəsi keçirilib
# 16 mart 2007 08:04 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu və Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyətinin təşəbbüsü ilə şəhərdəki “Laçın” restoranında Azərbaycan poeziya gecəsi keçirilib. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib. Tədbirdə Q. Osmanov, Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri V. Məmişov, sədr müavini Ə. Salmanov, Sankt-Peterburq şəhərinin görkəmli rus və azərbaycanlı elm, mədəniyyət, incəsənət xadimləri, ali təhsil məktəblərinin müəllimləri, Gertsen adına Dövlət Pedaqoji Universitetinin dosenti, tarzən F. Çələbi, iş adamları, Azərbaycan diasporunun fəalları və digər şəxslər iştirak ediblər. Poeziya gecəsində Azərbaycanın görkəmli şairləri N.Gənjəvinin, S.Vurğunun şeirlərindən parçalar səsləndirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR