Bank Of Baku

Çingiz Əlioğlunun beşcildliyi çap olunacaq

Çingiz Əlioğlunun beşcildliyi çap olunacaq
# 16 mart 2007 10:42 (UTC +04:00)
Şair Çingiz Əlioğlunun seçmə əsərlərinin toplandığı beşcildliyi işıq üzü görəcək. Bu barədə APA-ya Ç. Əlioğlunun özü məlumat verib. Şairin sözlərinə görə, ilk üç cilddə şerləri, dördüncü cilddə nəsr əsərləri və məqalələri, beşinci cilddə isə tərcümələri yer alacaq. Bu beşcildlikdən əlavə, Ç. Əlioğlu rus poeziyasının ən istedadlı nümayəndələrindən sayılan Radislav Xadaseviçin şeirlərini ilk dəfə Azərbaycan türkcəsinə çevirmək fikrindədir. R. Xadaseviçlə eyni dövrdə yaşayan digər rus şairlərinin də bir neçəsinin tərcümələrinin toplanacağı kitab “Gümüş dövr” adlanacaq. Şairin ötən il nəşr edilən “Atlantlar” kitabının adı isə hələ də qəribə kitablar cərgəsində müxtəlif sərgilərə dəvət alır. “ASpoliqraf” nəşriyyatında 15 dildə nəşr edilən bu kitab 700 səhifədir. Kitabın tərtibatında dörd ölkədən 10 rəssam iştirak edib. “Atlantlar”ın səhifələrində 140 illüstrasiya yer alıb. Şeirləri dünyanın ən aparıcı dillərinə 60 tərcüməçi çevirib. Qeyd edək ki, Ç. Əlioğlunun bu kitabı ötən il Rusiyada keçirilən üçüncü Beynəlxalq Kitab Sənəti müsabiqəsində “Qəribə və maraqlı talelər” nominasiyasının qalibi olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR