Bank Of Baku

Veteran qadınlar xalq şairi Fikrət Qoca ilə görüşüb

Veteran qadınlar xalq şairi Fikrət Qoca ilə görüşüb
# 16 mart 2007 13:34 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri ilə xalq şairi Fikrət Qocanın görüşü keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə birliyin Yasamal şöbəsinin rəhbəri Rəna Mövludova açıb. Onların qayğılarına xalq şairinin həmişə diqqətlə yanaşdığını bildirən çıxışçı Fikrət Qocaya bu diqqəti üçün təşəkkür edib. Xalq şairi Söhrab Tahir çıxışında veteran qadınlara böyük hörmətini, şair Oqtay Rza onların igidliyinə heyranlığını, şair Ədalət Əsgəroğlu hər kəsin bu xanımlar qarşısında mənən borclu olduğunu bildirib. Döyüşçü qadınların Novruz bayramını təbrik edən AYB üzvlərinin çıxışlarından sonra tədbirin aparıcısı Ağalar Bayramov sözü musiqiyə verib. Sözlü-musiqili görüş Almaz Orucova və Zakir Əliyevin çıxışları ilə yekunlaşıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR