Bank Of Baku

Professor Qəzənfər Kazımovun 70 yaşı qeyd olunub

Professor Qəzənfər Kazımovun 70 yaşı qeyd olunub
# 16 mart 2007 14:18 (UTC +04:00)
Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. APA-nın məlumatına əsasən, tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev açıb. Qəzənfər Kazımovun dilçi, türkoloq, folklorçu kimi böyük hörmət qazandığını bildirən çıxışçı ilk sözü alimin tələbəsinə professor Zaman Əsgərliyə verib. Çıxışçı məruzəsində Qəzənfər Kazımovun çağdaş filologiyamıza dialektoloq kimi gəldiyini, amma onun elmi düşüncələrinin bu çərçivəyə sığmadığını, alimin ümumtürkoloji problemlərin nəzəri və təcrübi məsələlərinə dair araşdırmalar apardığını bildirib. AMEA-nın Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov Q. Kazımovu “üzünü görmədiyi Bəkir Çobanzadə məktəbinin nümayəndəsi” adlandırıb. Professor Tofiq Hacılı Qəzənfər Kazımovun çağdaş filologiyamızda həmişə yeri olduğunu, şair Zəlimxan Yaqub isə onun adının Aşıq Qurbani ilə qoşa çəkildiyini deyib.
Qeyd edək ki, professor Qəzənfər Kazımov “Azərbaycan dilinin tarixi”, “Dilçilikdən xüsusi kurs”, “Bədii ədəbiyyatda komizm üsulları”, “Qurbani və poetikası”, “Dil, tarix və poeziya” və s. kitabların müəllifidir. O, Azərbaycan dilinin tarixinin XIII əsrdən yox, daha əski çağlardan başladığını sübut edən elmi faktları ilə tanınır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR